70,4 milyon manat faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul edilib
1 oktyabr 2022-ci il tarixinə mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi ilə əlaqədar kredit qalığı 858,4 milyon manat olan 5035 müraciətə baxılaraq 70,4 milyon manat faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul edilib.
ENA.az xəbər verir ki, bunu Tvitter səhifəsində İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazir qeyd edib ki, 5009 kredit üzrə sahibkarlara 66,6 milyon manat faiz subsidiyası ödənilib.