Rusiya Ukraynanı nüvə silahı ilə təhdid etmir - XİN

Rusiya heç zaman Ukraynanı nüvə silahı ilə təhdid etməyib və etmir.
Bunu Rusiya XİN-in departament müdiri Konstantin Voronsov BMT-də çıxışı zamanı bildirib.
Bununla yanaşı, diplomat bildirib ki, rəsmi Moskva Ukraynanın nüvə statusuna yenidən baxılması ilə bağlı təşəbbüslərdən narahatdır.