"Günay Sığorta"nın rəhbərliyinə müvəqqəti təyinat olub
"Günay Sığorta" ASC-nin İdarə Heyətinə (İH) müvəqqəti icraedici təyin edilib.
Bu barədə şirkətdən bildirilib.
Məlumata görə, "Günay Sığorta"nın Nümayəndəlik və filiallarla iş departamentinin direktoru Pərviz Rzayev İH sədrinin səlahiyyətlərini icra edəcək. Bundan əvvəl şirkətə Mahir Niftəliyev sədrlik edib və bu ilin avqust ayında işdən çıxıb.
Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Şirkətin səhmlərinin 58,31%-i Yeganə Şirinovaya ("Günay Bank" ASC-nin 41,15 %-lik səhmdarı), 33,27 %-i Mahmud Məmmədova ("Günay Bank"ın 58,22 %-lik səhmdarı və Müşahidə Şurasının sədri), 8,42 %-i isə "Günay Bank"a məxsusdur.