Azərbaycanın "Maşınqayırma zavodu" nizamnamə kapitalının kəskin azaltdığını elan etdi
"Sərdarov adına Maşınqayırma Zavodu" MMC nizamnamə kapitalının azaldıldığını elan edib. Şirkətin elanına əsasən, şirkətin nizamnamə kapitalı 8 milyon 962,298 min manat (44,2%) azalaraq 7 milyon 98,702 min manata düşüb.
Lakin o, nizamnamə kapitalının azalmasının səbəblərini göstərmir.
“Nizamnamə kapitalının azalması ilə əlaqədar kreditorlar bir ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, ev 53 ünvanına bildirə bilərlər”, - məlumatda deyilir.
Qeyd edək ki, Zavod 2022-ci ilin avqust ayında elektron hərrac yolu ilə özəlləşdirilib.