İnşaat və əmlak

Nazirlik Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 7 rayonda ev alır

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30 avqust 2022-ci il tarixdə elanı verilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Göygöl, Salyan, Lənkəran rayonlarında və Mingəçevir, Şirvan şəhərlərində 1, 2 və 3 otaqlı mənzillərin satın alınması ilə əlaqədar tender keçiriləcək.

ENA.az xəbər verir ki, tender üzrə qiymət təkliflərinin verilməsi tarixi və vaxtı 13 oktyabr 2022-ci il saat 15:00-dan 31 oktyabr 2022-ci il saat 15:00-dək uzadılır.

Tender təkliflərinin açılış tarixi və vaxtı 01 noyabr 2022-ci il saat 15:00-a təyin olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)