Ukraynalılar daha bir şəhəri azad etdilər
Ukrayna ordusu Xarkov vilayətinin Borovaya şəhərini Rusiya hərbçilərindən azad edib.
ENA.az xəbər verir ki, şəhər Ukrayna ordusunun xüsusi təyinatlı qüvvələri tərəfindən azad olunduqdan sonra ərazidə dövlət bayrağı ucaldılıb.
Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Xerson, Xarkov, Luqansk və Donetsk vilayətlərində onlarla yaşayış məntəqəsinin işğaldan azad edildiyini açıqlayıb.