Gündəm

ABŞ-ın dövlət borcu rekord həddə çatıb

ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə 31 trilyon dolları ötüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ABŞ-ın 31 trilyon 123 milyard 887 milyon 781 min 401 dollar 34 sent borcu var.

Borcun böyük hissəsi - 24 trilyon dollar fiziki şəxslərə məxsusdur. Ölkənin xarici hökumətlərə borcu isə təxminən 7 trilyon dollar təşkil edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)