Bank

Büdcə profisiti ilə əlaqədar Azərbaycanda pul bazası azalıb

2022-ci il sentyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 16 milyard 144,9 milyon manat təşkil edir. Cari ilin sentyabr ayında pul bazası 59,9 milyon manat və ya 0,4% artıb.

Qeyd edək ki, 2021-ci il dekabrın sonuna pul bazasının həcmi 17 milyard 937,6 milyon manat təşkil edib. Beləliklə, 2022-ci ilin 9 ayı ərzində pul bazası 10% azalıb. 

İlin əvvəlindən pul bazasının azalması müvəqqəti xarakter daşıyır və büdcə profisiti ilə əlaqədardır.

Ümumilikdə 2021-ci ildə Azərbaycanda pul bazası 32,2% artıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)