Şimali Koreyanın atdığı raket Yaponiyanın üzərindən keçib
Yaponiya hökuməti Yaponiya ərazisi üzərindən uçan və Sakit okeana düşən raketin buraxılması ilə bağlı KXDR-ə etiraz edib.
TASS-a istinadən, bunu çərşənbə axşamı Tokioda fövqəladə mətbuat konfransında Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno deyib.
“Biz Şimali Koreyaya kəskin etirazımızı bildirdik. Bu cür atışlar BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur və ölkəmizin və regionumuzun təhlükəsizliyini təhdid edir”, – deyə o bildirib.