Gündəm

Qazaxıstan MN Ermənistanın KTMT-nin təlimlərində iştirakdan imtina etdiyini təsdiqləyib

Qazaxıstan Müdafiə Nazirliyi (MN) Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ölkədə keçiriləcək təlimlərində iştirakdan imtina etdiyini rəsmi şəkildə təsdiqləyib.

Bu barədə “Sputnik Kazakhstan” Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

“Ermənistan Müdafiə Nazirliyindən KTMT-nin təlimlərində iştirak etməməklə bağlı qərarına dair rəsmi məlumat almışıq. Təsdiqləyirik”, – qeyd olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)