Gündəm

NATO və ABŞ Putinin nüvə hədəsinə CAVAB VERDİ

"Rusiyanın təhdidlərinə uyğun olaraq cavab verəcəyik".

ENA.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Rusiya prezidentinin nüvə təhdidinə münasibət bildirərkən deyib.

"Putinin çıxışı bizim üçün gözlənilən idi. Təbii ki, buna hazırlaşırdıq. Eyni zamanda, Ukraynaya yardımı davam etdirəcəyik", - deyə NATO rəhbəri vurğulayıb.

Bundan əlavə, rəsmi Vaşinqton da prezident Vladimir Putinin nüvə silahından istifadə ilə bağlı xəbərdarlığına reaksiya verib. 

“Biz təhdidi ciddi qəbul edirik. Ehtiyac yaranarsa, onlara cavab verəcəyik", - rəsmi açıqlamada deyilir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrini nüvə silahı ilə hədələyib. "Ərazi bütövlüyümüzə təhlükə olarsa, nüvə silahından istifadə edəcəyik", - Rusiya lideri bu gün xalqa müraciətində söyləyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)