Birja

Rusiyanın səhm bazarı referendum xəbərlərindən sonra 1 trilyon rubl itirib

Son bir neçə saat ərzində Moskva Birjasının indeksi 10,4 % azalaraq 1 trilyon rubl itirib.

ENA.az xarici mətbuata istinadən xəbər verir ki, bu, Rusiyada mümkün səfərbərlik və Ukraynanın işğal altında olan ərazilərində Rusiyanın tərkibinə daxil olmaqla bağlı refendumların təyin olunması barədə xəbərlər fonunda baş verib.

Son nəticədə Rusiyanın təbii qaz inhisarçısı - “Qazprom” şirkətinin səhmləri 10,2 %, “Lukoil”un səhmləri 10,6 %, “Rosneft” səhmləri 7,5 %, “Sberbank” səhmləri isə 6,3 % ucuzlaşıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)