Sənaye

Ağdam və Cəbrayıldakı sənaye parklarında tətbiq ediləcək güzəştlər açıqlanıb

Ağdam və Cəbrayıldakı (“Araz Vadisi İqtisadi Zonası”) sənaye parklarında tətbiq ediləcək güzəştlər açıqlanıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyevin Şuşada keçirilən Türk Biznes Forumunda məlumat verib.

Onun sözlərinə görə, sahibkarlara xüsusi güzəştli bank kreditlərinin verilməsi, sosial sığorta ödənişlərin subsidiyalaşdırılması, kommunal xidmətlərin endirimli tariflə təklif edilməsi, xammal idxalının gömrük və yaxud əlavə dəyər vergisindən azad edilməsi nəzərdə tutulub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)