Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırdı - Arayik də iştirak edib
![](https://ena.az/uploads/news/2022-09/_ena_e75fe172423834bacdf4c035c_o.jpg)
Baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) genişləndirilmiş iclası keçirilib.
ENA.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, iclasda TŞ üzvlərindən başqa, ölkə prezidenti Vaaqn Xaçaturyan, Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan, parlamentin spikeri Alen Simonyan, baş nazirin Aparat rəhbəri Arayik Arutyunyan, parlamentin vitse-prezidenti Ruben Rubinyan, “Vətəndaş müqaviləsi” fraksiyasının rəhbəri Hayk Konjoryan da iştirak ediblər.
İclasda Azərbaycanın Ermənistanla sərhəddə təxribatlara cavab olaraq həyata keçirdiyi hərbi əməliyyat və onun nəticəsində yaranmış vəziyyət, o cümlədən Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması istiqamətində görüləcək addımlar müzakirə edilib.
Eyni zamanda, Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.