BMT TŞ bu gün Ermənistan-Azərbaycan məsələsinə baxacaq - Bizi kimlər dəstəkləyə bilər? - SİYAHI
BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan sərhədində yaranmış gərginliklə bağlı məsələni bu gün müzakirəyə çıxaracaq.
ENA.az xəbər verir ki, məsələ Ermənistan Respublikasının xahişi, Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının gündəliyinə daxil edilib.
Qeyd edək ki, hazırda BMT-nin Təhlükəsizlik Şurası 15 üzvdən ibarətdir. Onlardan 5-ı daimi, 10-u qeyri-daimi üzvdür.
Daimi üzvlər bunlardı: Çin, Rusiya, Böyük Britaniya, ABŞ və Fransa.
Qeyri-daimi üzvlər: Hindistan, İrlandiya, Meksika, Norveç, Qabon, Qana, Keniya, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və Albaniya.
Qeyd edək ki, Şuranın hər bir üzvü 1 səsə malikdir. Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılan məsələlərə dair qərarlar qurumun 9 üzvü səs verdikdə qəbul olunmuş sayılır.