“Vaşinqton atəşi dərhal dayandırmağa çağırır”
“Vaşinqton Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırır”.
ENA.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinkenin yaydığı bəyanatda deyilir.
“Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan sərhədində hücumlar barədə məlumatlardan dərin narahatdır. Biz Azərbaycan və Ermənistanı istənilən hərbi əməliyyatları dərhal dayandırmağa çağırırıq” – bəyanatda qeyd olunur.
O, həmçinin qeyd edib ki, bu ərazidə münaqişənin hərbi yolla həlli ola bilməz.
Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.