Bank

Azərbaycanda üç gün kartla əməiyyatlarda kəsilmələr ola bilər - Mərkəzi Bank

Mərkəzi Bank tərəfindən ölkənin kart infrastrukturu vasitəsilə aparılan əməliyyatlar zamanı effektivliyin və səmərəliliyin yüksəldilməsi, həmçinin təhlükəsizliyin təmin edilməsi məqsədilə 2016-cı ildə yaradılmış Banklararası Kart Mərkəzinin etibarlı fəaliyyəti daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə davamlı olaraq modernizasiya tədbirləri həyata keçirilir.
 
Bu tədbirlər çərçivəsində Banklararası Kart Mərkəzinin müasir standartlar əsasında yenilənmiş texniki infrastrukturunun fövqəladə hallar zamanı davamlığının qiymətləndirilməsi məqsədilə 07.09.2022-ci il tarixindən başlayaraq 3 gün müddətinə saat 03:00-04:00 aralığında (mübadilə kanallarında qısa müddətli kəsilmə ilə) sistemin fəaliyyətinin ehtiyat mərkəzlərindən təmin edilməsilə müvafiq sınaq işlərinin aparılması planlaşdırılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)