ENA+

Tramp, ABŞ nümayəndə heyətinin Davos səfərini ləğv edib

ABŞ Prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumuna qatılması gözlənən Amerika nümayəndə heyətinin səfərini "hökumətin bağlı olması" səbəbilə ləğv edib.

Ağ Evin sözçüsü Sarah Sanders, məsələ ilə bağlı yazılı açıqlama verib.

Sanders açıqlamasında Trampın federal hökumətin bağlı olması səbəbindən Davosa gedəcək ABŞ nümayəndə heyətinin səfərini ləğv etdiyini bildirib.

ABŞ Prezidenti Tramp, keçən həftə "Twitter" səhifəsindən verdiyi açıqlamada, Davosdakı foruma qatılmayacağını bildirmişdi.

Tramp, "Demokratların, sərhəd təhlükəsizliyi və millətimizin təhlükəsizliyinin əhəmiyyətinə dair barışmazlığına görə, Dünya İqtisadi Forumu üçün İsveçrənin Davos Şəhərinə edəcəyim səyahəti hörmətlə ləğv edirəm",- mesajında qeyd etmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)