Hadisə

Rusiyanın Ukraynadakı itkilərinin son sayı açıqlandı

“Son sutkada Ukraynada Rusiya ordusunun daha 350 hərbçisi məhv edilib”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 50150-yə çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 077 tank, 4 484 zirehli döyüş maşını, 1 179 artilleriya sistemi, 296 reaktiv yaylım atəşi sistemi, 156 hava hücumundan müdafiə sistemi, 236 təyyarə, 207 helikopter, 876 PUA, 209 qanadlı raket, 15 gəmi, 3 305 avtomobil texnikası və avtosistern, 109 xüsusi texnikadan ibarətdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)