Mərkəzi Bankın valyuta ehtiyatları artdı

2022-ci il avqustun 31-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 7 milyard 503,6 milyon dollar təşkil edir. Bu barədə AMB-nin saytında dərc olunmuş məlumatda deyilir.
2021-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları 7 milyard 75,4 milyon dollar təşkil edib. Beləliklə, 2022-ci ilin yanvar-avqust aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 6,1% artıb.
Avqust ayında AMB-nin valyuta ehtiyatları 1,3% və ya 96,4 milyon dollar artıb.
2021-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 11,1% artıb.