ABŞ Lavrova viza vermədi
![](https://ena.az/uploads/news/2022-09/_ena_81e6c1b157c76901e2a4a7025_o.jpg)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun başçılıq etdiyi nümayəndə heyətinin Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının illik sessiyası çərçivəsində Nyu-Yorka səfəri üçün ABŞ-dan 56 viza istənilib, lakin hələ də buna müsbət cavab verilməyib.
ENA.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya bildirib.
BMT-nin baş katibi Antonio Quterreşə məktub yazan səfir şikayətlərini dilə gətirib. O, ABŞ-ın Rusiya nümayəndə heyətinə viza verməkdən imtina etdiyini diqqətə çatdırıb.
Diplomat ABŞ tərəfindən Rusiyanın müraciətinə cavab verilmədiyini, hansı səbəbdən imtina edildiyinə aydınlıq gətirilmədiyini qeyd edib.