Lukaşenko: “Əsas olan Şolts və Putinin dedikləri yox, mənim nə dediyimdir”
Belarus Prezidenti Aleksandr Lukaşenko Almaniya kansleri Olaf Şoltsun Rusiya Prezidenti Vladimir Putinin guya Belarusun suverenliyini tanımaması ilə bağlı sözlərini təkzib edib.
Belarus prezidenti bildirib ki, o, rusiyalı həmkarının fərqli mövqeyini bilir.
Lukaşenka vurğulayıb ki, o, buna əhəmiyyət belə vermir, çünki o, artıq belə feykləri kifayət qədər eşidib.
“Amma əsas olan Şolts və Putinin dedikləri deyil. Amma əsas mənim sizə dediyimdir: dövlətimizin suverenliyi, müstəqilliyi sarsılmaz şeylərdir. Bu qədər!” – deyə Belarus dövlətinin başçısı vurğulayıb