Bakı-Moskva reysi gecikir - AZALDAN AÇIQLAMA
![](https://ena.az/uploads/news/2022-08/_ena_bf84b17456e6a642c2b196c56_o.jpg)
“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin aviaşirkətinin Bakı-Moskva (“Vnukovo” aeroportu) marşrutu üzrə həyata keçiriləcək J2-807 reysinin uçuşu texniki səbəbdən gecikir.
ENA.az xəbər verir ki, bu barədə AZAL-ın yaydığı açıqlamada deyilir.
Bildirilir ki, hazırda sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib.