Bank

Əhalinin dollar alışı artıb: Neft Fondunun satdığı dolların 11,7%-i əhaliyə satılıb

Azərbaycanda əhalinin banklardan aldığı dolların həcmi artıb. Bu ilin yanvar-iyul aylarında banklar 1 milyard 474 milyon 16.7 min dollar satıb. Ötən ilin eyni dövründə isə 1 milyard 7 milyon 200.2 min dollar alınmışdı. Beləliklə, ötən illə bu ili müqayisə etsək dollar alışı 32% artıb. 

Bu ilin yeddi ayında əhali banklara 1 milyard 125 milyon 824.7 min dollar satıb. Belə çıxır ki, əhalinin dollara olan tələbatını ödəmək üçün banklara əlavə 348 milyon 192 min dollar lazım olub.

Bu vəsaiti də banklar Valyuta hərracında əldə etdikləri dollar hesabına bağlaya bilirlər. Yerigəlmişkən, banklar valyuta hərracından ötən 7 ayda 2 milyard 951 milyon dollar alıblar. Belə çıxır ki, Dövlət Neft fondundan alınan dolların 11,7%-ni əhaliyə satıblar. Valyutanın qalan 89,3% hissəsi isə idxal-ixrac əməliyyatlarına və ya bank hesabları ilə köçürmələrə sərf olunub. 

2022, 7 ay

2021, 7 ay

367495.7

325402.1

165936

167397.7

259620.7

133451.9

164158.2

129963.8

172997.5

80063.7

177216.7

76732

166591.9

94189

1474016.7

1007200.2

 

ENA.az 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department