Birja

Dünya birjalarında - NEFTİN QİYMƏTİ

Bugün neft qiymətləri OPEC+ hasilatının azaldılması ehtimalı ilə bağlı siqnallardan bir gün əvvəl təxminən 4% sıçrayışdan sonra zəif enir.

Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman bu həftənin əvvəlində Bloomberg-ə verdiyi müsahibədə neft bazarının getdikcə öz əsaslarından uzaqlaşdığını və bunun OPEC+-ı müvafiq addımlar atmağa məcbur edə biləcəyini söylədi.

Nazir qeyd edib ki, OPEC+ cari çağırışların öhdəsindən gəlmək üçün lazımi mexanizmlərə malikdir, o cümlədən “2020 və 2021-ci illərdə nümayiş etdirildiyi kimi hasilatı istənilən vaxt və müxtəlif formalarda azaltmaqla”.

Londonun ICE Futures birjasında bugün saat 9:15-ə olan Brent markalı neftin oktyabr fyuçerslərinin dəyəri bir barel üçün 99,75 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,47 dollar (0,47%) aşağıdır. 

Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında sentyabr ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 93,43 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 0,31 dollar (0,33%) aşağıdır. 

IG Asia Pte analitiki Jun Rong Yip, "Səudiyyə Ərəbistanının bu həftə göstərdiyi potensial OPEC+ hasilatının azaldılması bazarın böyüməsi üçün katalizator oldu. Bununla belə, İranın nüvə sazişinin bərpası perspektivi əks nəticə verə bilər", - deyib.

Çərşənbə günü açıqlanan Amerika Neft İnstitutunun (API) məlumatları avqustun 19-da bitən həftə ərzində ABŞ-ın neft ehtiyatlarının 5,6 milyon barel azaldığını göstərdi.

Rəsmi inventar məlumatları çərşənbə günü saat 19:30-da ABŞ Energetika Nazirliyi tərəfindən açıqlanacaq.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)