Rusiya yeni antigen tərkibli COVID-19 peyvəndi hazırlayıb

Rusiya yeni antigen tərkibli COVID-19 peyvəndi hazırlayıb.
ENA.az İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzinin direktoru Aleksandr Gintsburq bildirib.
O, qeyd edib ki, COVID-19-un yeni “delta-omikron” ştamının yaranması nəzərə alınaraq yeni antigen tərkibli peyvənd hazırlanıb.
Hazırda “Səhiyyə Nazirliyindən “Sputnik V”nin bir antigen tərkibini digəri ilə əvəz etməyə imkan verəcək reqlamentin tətbiqini gözləyirik”, - o deyib.
“Mövcud “Sputnik” peyvəndi əvvəlki ştamlarla müqayisədə yeni “omikron”a qarşı daha pis mübarizə aparır”, - direktor bununla bağlı suala cavabında vurğulayıb.
"Delta-omikron"un yeni ştamının ortaya çıxması hələ də rekombinasiyaya əsaslanan dəyişkənlik yollarının olduğunu göstərir. Əgər iki fərqli virus eyni vaxtda hüceyrəyə daxil olsa, onlar özlərinin bir hissəsini bir-biri ilə mübadilə edə bilərlər", - Gintsburq əlavə edib.