Can-Pa işçi axtarır - MAAŞ 600-1000 AZN
Keyfiyyətə nəzarət üzrə mütəxəssis
Son tarix 18 sen 2022
Vəzifə öhdəlikləri:
- Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətə nəzarət prosesinin aparılması;
- Xammalın qəbulundan son məhsuladək olan mərhələləri nəzarət altında saxlamaq və müvafiq sənətləşdirmə işlərinin icrası;
- İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarətin təmin edilməsi;
- Keyfiyyət standartlarına riaət edilməsinə nəzarət;
- Məhsul keyfiyyətinin artırılması ilə bağlı təkliflərin hazırlanması;
- Müəssisə daxili intizam qaydalarına, prosedur və təlimatlara və sanitar-gigyena norma və qaydalarına riayət edilməsi;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi.
Tələblər:
- Ali təhsil (Qida üzrə üstünlükdür);
- Qida sektorunda minimum 1 il təcrübə;
- Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
- Liderlik və idarəetmə bacarıqlarına sahib olmaq;
- Yaş həddi: 25-36.
İş şəraiti:
- İş vaxtı: 08:00 - 18:00
- Əmək haqqı: 600 - 1000 AZN (namizədin bilik və bacarığına əsasən təyin olunacaq)
- Nahar şirkət tərəfindən təmin olunur;
- İş yeri: Hökməli qəs, Şamaxı şos.14-cü km.
Qeyd: Şirkətə yaxın ərazidə yaşayan namizədlərə üstünlük veriləcək.
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Keyfiyyətə nəzarət üzrə mütəxəssis" qeyd edərək hr@can-pa.com e-ünvanına göndərə bilərlər.