Avtomobil

Dekabrda avtomobil idxalı ilin rekordunu qırıb - AKSİZ QALXMAMIŞ AVTOMOBİL DAŞINIB

2019-cu ilin əvvəlindən Azərbaycana idxal olunan avtomobillərə tətbiq edilən aksiz vergisi artırılıb. Ötən ilin son aylarını fürsət bilən idxalçılar xaricdən daha çox avtomobil gətirməyə başlayıblar.

"BI"nın Dövlət Gömrük Komitəsinin aylıq hesabatlarından topladığı məlumata görə, 2018-ci ildə Azərbaycana ən çox avtomobil Dekabr ayında idxal olunub. Noyabr və oktyabr aylarında da idxal yüksək sayda baş tutmuşdu.

Dekabr ayında ölkəmizə 6162 ədəd cəmi avtomobil, o cümlədən 5718 ədəd minik avtomobili idxal olunub. Noyabr ayında ölkəmizə 3378 ədəd cəmi avtomobil, o cümlədən 3084 ədəd minik avtomobili idxal olunmuşdu. Beləliklə avtomobil idxalı aylıq müqayisədə 1,8 dəfə artıb.

2018-ci ilin 12 ayı ərzində ölkəmizə cəmi 28 876 ədəd avtomobil idxal olunub. Bu, 2017-ci illə müqayisədə 2,2 dəfə çoxdur. 2017-ci ildə 13 098 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu. İllik müqayisədə minik avtomobili idxalı 11 610 ədəddən 26 147 ədədə yüksəlib.

  

Qısası, oktyabrın əvvəlində “2019-cu ildən etibarən ölkəyə idxal olunan avtomobillərin aksiz vergisi artırılır” xəbərini eşidən idxalçılar vergi qalxmamış xaricdən daha çox avtomobil gətirməyə başlayıblar.

 

 2018 Ay

Cəmi avtomobil idxalı, ədəd

O cümlədən, minik avtomobili idxalı, ədəd

Yanvar

986

908

Fevral

1079

959

Mart

1441

1291

Aprel

1804

1627

May

1984

1679

İyun

2294

2021

İyul

2112

1917

Avqust

2334

2123

Sentyabr

2348

2155

Oktyabr

2954

2665

Noyabr

3378

3084

Dekabr

6162

5718

Cəmi

28 876

26 147

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)