Gündəm

İlon Mask “Mançester Yunayted”i alır

Amerikalı milyarder, "Tesla" şirkətinin rəhbəri İlon Mask İngiltərənin “Mançester Yunayted” futbol klubunu satın almaq istədiyini açıqlayıb.

ENA.az xəbər verir ki, iş adamı bu barədə  tvitter hesabında yazıb.

“Mən Respublikaçılar Partiyasının sol yarısını və Demokrat Partiyasının sağ yarısını dəstəkləyirəm! Bundan əlavə, “Mançester Yunayted”i satın alıram, xoş gəlmisiniz”, - deyə Mask vurğulayıb.

Qeyd edək ki, “Mançester Yunayted” klubunun nəzarət paketi ABŞ-dan olan Qleyzer ailəsinə məxsusdur. Klub 1878-ci ildə qurulub və hazırda ümumi dəyəri 4,6 milyard dollardan yüksək qiymətləndirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)