Bank

Azərbaycanda 5 bankın əməliyyat gəlirləri azalıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu ilin I yarısındakı əməliyyat gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

Bunlar “Premium Bank”, “Günay Bank” və “Azərbaycan Sənaye Bankı” ASC-lər, İran və Pakistan Milli Banklarının Bakı filiallarıdır.

Ən çox azalma Pakistan bankında (28,5%), ən az azalma isə “Premum Bank”da (0,2%) qeydə alınıb.

Qalan 21 bankın isə əməliyyat gəlirləri artıb. Ən yüksək dinamika “Bank VTB Azərbaycan” ASC-də (86,6%), ən aşağı dinamika isə “Bank BTB” ASC-də (4.1%) qeydə alınıb. 

5 bankın yarım illik əməliyyat gəlirləri 70 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu ilin I yarısındakı əməliyyat gəlirləri 70 milyon manatdan çox olub.

Bunlar “Kapital Bank” (480,348 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (335,496 milyon manat), “PAŞA Bank” (223,849 milyon manat), “Unibank” (99,743 milyon manat) və “Bank Respublika” (79,859 milyon manat) ASC-lərdir.

Qalan 21 bankdan 18-də əməliyyat gəlirləri 10-70 milyon manat arasında, 3 bankda isə 10 milyon manatdan az olub. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)