Gündəm

Soçidə Putin-Ərdoğan görüşü başladı - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş başlayıb.

ENA.az TASS-a istinadən xəbər verir ki, görüş Soçidə “Rus” sanatoriyasının “İmperial” korpusunun “Yaşıl” zalında keçirilir.

***

“Anadolu” agentliyi xəbər verir ki, Putin Ərdoğana Ukraynadan taxıl tədarükünə dair razılığa gəlməkdə göstərdiyi köməyə görə təşəkkür edib.

***

Ərdoğan Suriya məsələsinə diqqət çəkib: “Ümid edirəm ki, Suriya mövzusuna xüsusi diqqət yetirməyimiz bölgədəki vəziyyətə müsbət təsir edəcək”.

O qeyd edib ki, hazırkı görüş Türkiyə və Rusiyanın regionda oynadığı rolun müəyyənləşdirilməsi kontekstində xüsusi əhəmiyyət kəsb edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)