Gündəm

Hava ilə bağlı - XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq yayıb.

ENA.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında avqustun 6-dan 9-u günüzədək şimal-qərb küləyinin 15-18 m/s, 6-7-də yarımadanın bəzi yerlərində arabir 20 m/s olacaq. Avqustun 6-8-də əsasən gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Azərbaycanın rayonlarında avqustun 5-i axşamdan 9-u gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Qərb küləyi 6-8-də bəzi yerlərdə arabir 18-23 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimalı var.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department