Hava şəraiti ilə bağlı məktəblər - TƏTİL ELAN OLUNDU
Təhlükəli hava şəraiti ilə əlaqədar Azərbaycanın təhsil müəssisələri iki günlük tətilə buraxılıb.
"BI" xəbər verir ki, bununla bağlı təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.
- Eləcə də bax: Sabah uşaqları bağçaya aparmayın - RƏSMİ XƏBƏRDARLIQ
Belə ki, C.Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb.
Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılacaq və bununla bağlı bütün tədbirlər təxirə salınacaq.