AMB-nin valyuta ehtiyatları 5% artdı

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 29 iyul 2022-ci il tarixinə 7 milyard 407,2 milyon dollar təşkil edib.
2021-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları 7 milyard 75,4 milyon ABŞ dolları təşkil edib. Belə ki, 2022-ci ilin yanvar-iyul aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 4,7% artıb.
Eyni zamanda, iyulda AMB-nin valyuta ehtiyatlarının həcmi 0,5% və ya 35,3 mln manat yüksəlib.
2021-ci ildə AMB-nin valyuta ehtiyatları 11,1% artıb.