Rəsmi

Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən - AZAD OLUNDU

Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Faiq Şabanov vəzifəsindən azad olunub.

"BI" Open.az-a istinadən xəbər verir ki, F.Şabanov təqaüdə göndərilib. Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə polis polkovniki Əkbər İsmayılov təyin olunub. Ə.İsmayılov bu təyinata qədər Sumqayıt Şəhər Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

Sumqayıt Şəhər Polis İdarəsinin rəisi vəzifəsinə isə Nərimanov Rayon Polis İdarəsinin rəisi Nəriman İmanovun gətiriləcəyi gözlənilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)