Gündəm

Prezident icra başçısını vəzifədən azad etdi - YENİ TƏYİNAT

Azərbaycan Prezidenti İlham Əliyev Masallı Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib.

ENA.az xəbər verir ki, sənədə əsasən, Şahin Kərim oğlu Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı postundan uzaqlaşdırılıb. 

Eləcə də bax: Prezidentdən daha bir icra başçısı təyinatı

Dövlət başçısının digər sərəncamı ilə Araz Süleyman oğlu Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Xatırladaq ki, Ş. Məmmədov 2019-cu ilin noyabrında Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Masallıya icra başçısı göndərilmişdi. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department