Gündəm

Prezidentdən daha bir icra başçısı təyinatı

Azərbaycan Prezidenti İlham Əliyev Lerik Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edib. 

ENA.az xəbər verir ki, sənədə əsasən, Əkbər Bəxtiyar oğlu Abbasov Lerik Rayon İcra Hakimiyyətinin başçısı postuna gətirilib.

Xatırladaq ki, 2021-ci ilin aprel ayından Lerik rayon icra başçısı vəzifəsi boş idi. Belə ki, həmin vaxt dövlət başçısının sərəncamı ilə Rövşən Elmidar oğlu Bağırov Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)