Azərbaycanın maliyyə sektoru bu il 6% böyüyüb
Azərbaycanın maliyyə sektorunun aktivləri bu il 5,7 % artaraq 55,6 milyard manata çatıb.
Məlumata görə, bunun 74,4 %-i banklarda cəmləşib ki, bu da ilin əvvəli ilə müqayisədə 1,3 faiz bəndi çoxdur.
Hesabat dövründə bank olmayan kredit təşkilatlarının (BOKT) payı 1,4 faiz bəndi azalaraq 22,8 %-ə düşüb, sığorta şirkətlərinin isə 0,1 faiz bəndi artaraq 22,6 %-ə çatıb, investisiya şirkətlərinin payı isə dəyişməyərək 0,2 % qalıb.
BOKT-ların aktivlərdəki payının yüksək olması “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin toksik aktivlərinin “Aqrarkredit” QSC BOKT-a ötürülməsi ilə bağlıdır.