Gündəm

ICAO Belarus hakimiyyətinin Ryanair təyyarəsini "qəsdən oğurladığı"nı bəyan etdi

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Şurasının çərşənbə axşamı, iyulun 19-da dərc olunan hesabatına əsasən, Minskə enən Ryanair reysinin göyərtəsindəki bomba ilə bağlı qəsdən yalan məlumat verildiyi və təhlükəsizliyə təhdid yaratdığı müəyyən edilib.

Bu barədə “İzvestiya” yazır. Bundan başqa, məlum olub ki, laynerin göyərtəsindəki bomba haqqında məlumat Belarus hakimiyyətinin göstərişi ilə ekipaj üzvlərinə verilib.

“ICAO Şurası Ryanair-in FR4978 reysinə yerləşdirilən bomba xəbərinin qəsdən yalan olduğunu və onun təhlükəsizliyinə təhdid yaratdığını bəyan edir. Bu məlumat Belarus hökumətinin yüksək vəzifəli şəxslərinin göstərişi ilə uçuş heyətinin diqqətinə çatdırılıb”, - deyə sənəddə qeyd olunur. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)