Hesabatlar

“Kapital Bank” bu ilin II rübünün nəticələrini elan edib

Bu il iyulun 1-nə “Kapital Bank” ASC-nin aktivləri 7,6 milyard manat, o cümlədən müştərilərə verdiyi kreditlər 3,1 milyard manat təşkil edib.

Bankın müştəri depozitləri 6,1 milyard manat olub, tutulmalardan sonra məcmu kapitalı 628 milyon manat, adi və imtiyazlı səhmlərinin dəyəri isə 245 milyon manat olub.

“Kapital Bank” “Moody's” və “Standard & Poor's” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin I bankı olan “Kapital Bank” “PAŞA Holdinq” MMC-y-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 106 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, “Birbank” kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department