Gündəm

Prezident Gömrük Komitəsinin sədri vəzifəsini ona həvalə etdi

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyinat həyata keçirib. 

ENA.az xəbər verir ki, sərəncama görə, Şahin Soltan oğlu Bağırov Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib.

Sənədə əsasən, Dövlət Gömrük Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Şahin Bağırova həvalə edilib.

Qeyd edək ki, Ş.Bağırov bundan əvvəl DGK sədrinin müavini vəzifəsini tutub, o, 2018-ci ildə vəzifəsindən azad edilib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)