Gündəm

Kamran Əliyev iki rayona yeni prokurorlar təyin etdi

Kürdəmir və Ağdaş rayonlarına yeni prokurorlar təyin edilib.

Bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.

Belə ki, Ağdaş rayon prokuroru Tural İbrahimov tutduğu vəzifədən azad edilərək Kürdəmir rayon prokuroru vəzifəsinə təyin olunub.

Habelə, Anar Əliyev Ağdaş rayon prokuroru vəzifəsinə təyin edilib.

Baş Prokurorluğun Mətbuat Xidməti məlumatı təsdiqləyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)