Bank

Dövlət Sosial Müdafiə Fondu “Kapital Bank”dan 9 milyon manatlıq ödəniş kartları aldı

Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs “Kapital Bank” ASC ilə 9 milyon manatlıq müqavilə bağlayıb.

ENA.az xəbər verir ki, müqavilədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Aparatında və digər struktur bölmələrində əmək pensiyalarının, sosial müavinətlərin, sosial yardımların, eləcə də ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilmiş təqaüdlərin və kompensasiyaların ödəniş kartları, habelə zərurət olduğu halda digər ödəniş alətləri və üsulları vasitəsi ilə nağdsız qaydada ödənilməsini həyata keçirmək məqsədilə göstəriləcək bank xidmətlərinin satın alınması nəzərdə tutulur.

Buna görə Dövlət Sosial Müdafiə Fondu “Kapital Bank”a 8 932 644 manat ödəyəcək.

Xatırladaq ki, DSMF ötən il “”Kapital Bank” ASC ilə 11 025 000 manatlıq müqavilə bağlamışdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)