Gündəm

Bloomberg: Rusiya ən pis tənəzzül ssenarisindən yayınmağı bacarıb

Rusiya iqtisadiyyatı 2009-cu ildən bəri ən kəskin enişini yaşasa da, proqnozçuların və analitiklərin ən pis tənəzzül proqrozundan yayınmağı bacarıb. Ekspertlərin qiymətləndirmələrinə görə, “yumşaq” resessiyanın səbəblərindən biri mədənçıxarma və faydalı qazıntıların ixracında artım olub.

Xüsusilə, “JPMorgan Chase” və “Citigroup” 2022-ci ildə Rusiyada hasilatın azalması ilə bağlı proqnozlarını müvafiq olaraq 3.5% və 5.5%- korreksiya ediblər. Xatırladaq ki, daha əvvəl bu göstəricilər 7% və 9.6% olaraq müəyyən edilmişdi.

Analitiklər qeyd edirlər ki, Rusiya sənayesi həqiqətən də sanksiyalar fonunda ciddi tənəzzülə uğrayıb (may ayında Rusiyada avtomobil istehsalı 97% azalıb), lakin tənəzzülün qarşısını əsasən rublun məzənnəsinin sabitləşdirilməsi tədbirləri və böyük həcmdə ixrac gəlirləri əldə edib. Dünya bazarında enerji qiymətlərinin artması Rusiya iqtisadiyyatına da müsbət təsir edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)