Kremldən Qaraqalpaq hadisələrinə REAKSİYA
"Qaraqalpaqıstandakı hadisələr Özbəkistanın daxili işidir".
ENA.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov hadisələrə əlavə şərh vermək istəməyib.
Xatırladaq ki, Qaraqalpaqıstanın bir neçə şəhərində Özbəkistanda təklif olunan konstitusiya dəyişikliklərinə etiraz olaraq aksiyalar keçirilib. Aksiya daha sonra iğtişaşlara çevrilib.
İyulun 1-2-də muxtar respublikanın mərkəzi Nukus şəhərində baş vermiş hadisələrdə 243 nəfər, o cümlədən 38 hüquq-mühafizə orqanları əməkdaşı yaralanıb, 18 nəfər həlak olub.