Özbəkistan parlamenti Qaraqalpaqıstanla bağlı QƏRAR VERDİ
Özbəkistan parlamenti konstitusiyaya dəyişikliklər layihəsində Qaraqalpaqıstanın suverenliyi statusunun saxlanılması barədə qərar qəbul edib.
Bu barədə məlumatı Rusiya mediası yayıb.
Xatırladaq ki, Qaraqalpaqıstanda sakinlərin Konstitusiyaya təklif olunan və regionun statusunun dəyişdirilməsini nəzərdə tutan əlavələrdən narazılığı fonunda iğtişaşlar baş verib.
Fərdi və kollektiv videomüraciətlərlə başlayan respublika sakinlərinin narazılığı iyulun 1-də Nukusun mərkəzində kütləvi nümayişə çevrilib. Ölən və yaralananların olduğunu bildirilir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev daha sonra Konstitusiyanın Qaraqalpaqıstanla bağlı maddələrini dəyişdirməyəcəklərini bildirib.