Gündəm

Bayden Ərdoğanla görüşəcək

ABŞ və Türkiyə prezidentləri Co Baydenlə Rəcəb Tayyib Ərdoğan NATO sammiti çərçivəsində Madriddə ikitərəfli görüş keçirəcək.

ENA.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

"Prezident Bayden Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərək alyansın (NATO) birgə müdafiəsi və təhlükəsizliyi məsələlərini, eləcə də ikitərəfli münasibətlərin bir sıra mühüm məsələlərini müzakirə edəcək", - deyə açıqlamada qeyd olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)