Gündəm

Son sutkada Kürdə suyun səviyyəsi 88 sm artıb

Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 28 iyun saat 07:00-la müqayisədə 9 sm artıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Eləcə də oxu: Kürün daşma təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq edildi

Bildirilib ki, 28 iyun saat 08:30-a olan məlumata əsasən, Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 28 iyun saat 07:00-la müqayisədə 9 sm artıb, 27 iyun saat 08:00-la müqayisədə isə 88 sm çox olub və su sərfi 810 m3/san olmaqla ongünlük normanın 200 faizini təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)