Ukrayna Rusiyanın “Bayraktar”la bağlı yaydığı məlumatı təkzib edib
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Türkiyə istehsalı olan “Bayraktar” pilotsuz uçuş aparatına qarşı Rusiya mənbələrinin apardığı təbliğatı təkzib edib.
ENA.az xəbər verir ki, məlumatı “RBK Ukraina” yayıb.
Məlumata görə, Rusiya KİV-i “Foreign Policy”yə istinadən bildirib ki, guya ukraynalı pilotlar ABŞ istehsalı olan “MQ-1C Gray Eagle” pilotsuz uçuş aparatı təhlükəli, Türkiyənin “Bayraktar”ını isə faktiki olaraq yararsız sayıblar. Şuradan qeyd olunub ki, “Bayraktar” barəsində yayılan informasiya saxtadır.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Rusiya KİV-inin Ukrayna ilə bağlı yaydığı başqa saxta informasiyaları da təkzib edib.