Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırılıb
Ermənistanda ehtiyatda olan hərbçilər avqustun 1-dən oktyabrın 30-dək təlimə çağırılıb.
ENA.az xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.
Təlimdə 1 500 hərbçi, 130-da çox nəqliyyat vasitəsi cəlb olunacaq.
Bildirilib ki, təlim döyüş növbətçiliyinin gücləndirilməsi məqsədi ilə keçiriləcək.